“Azərbaycan universitetləri”  facebook səhifəsi keçirdiyi yarışmaların qalibini mükafatlandırıb

Artıq 4-cü dəfədir ki, universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan "Azərbaycan Universitetleri" səhifəsinin keçirdiyi ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunun qalibi olur.  Bu olduqca qürurverici bir haldır və ADAU ailəsinin birliyi və gücü deməkdir.  Bununla yanşı yenə həmin səhifənin Cümhuriyyətin 100-cü ilində "2017-2018-ci tədris ilinin ən yaxşı universiteti" sorğusunu qalibi də məhz ADAU olub. Yəni, 12 gün ərzində ADAU ailəsinin qapısını 2 böyük uğurun sevinci döyüb.  Yarışmanın qalibi üçün hazırlanan mükafatın təqdimatında  rektor İbrahim Cəfərov bildirib ki,  "Azərbaycan Universitetleri" səhifəsi Qafqazın ən böyük təhsil Facebook səhifəsidir və operativliyi, yeni ideyaları ilə həmişə diqqətdədir. Rektor deyib ki, sosial məsələlərin həlli, müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən böyük töhfədir.  “Azərbaycan Universitetləri” səhifəsinin rəhbəri Zöhrab Süleyman isə digər universitetlərin tələbələrinin də bu yarışmalarda ADAU-ya səs verdiyini söyləyib və səsvermənin statistikasını nəzərə çatdırıb. Bildirib ki,  tələbələrin 79 faiz  səsi ilə ADAU yenə qalib gəlib. Keçirdiyimiz yarışmalarda  İbrahim Cəfərov yeganə rektordur ki, 4 dəfə ilin ən yaxşı rektoru adını qazanıb. Ali məktəblər içərisində ADAU-nun xüsusi yeri olduğunu görməmək mümkün deyil. 

Sonra ADAU-nun rektoruna səhifənin mükafatları təqdim olunub.

Yekunda İbrahim Cəfərov bu yarışmada ADAU-nu dəstəkləyən, ona səs verən hər kəsə minnətdarlığını bildirib.