Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunmuş ingilis dili müəllimləri klubunun ikinci seminarı

2016-cı il mayın 11-də ADAU-da ingilis dili müəllimləri klubunun “İngilis dilinin tədrisində musiqi” mövzusunda seminarı keçirildi. Seminarda universitetin dillər kafedrasının ingilis dili müəllimləri iştirak etmiş, ingilis dilinin tədrisində musiqinin rolu və ondan istifadə yolları müzakirə edilmiş, mövzu üzrə müəllimlərin təqdimatları dinlənilmişdir.

Qeyd edək ki, aprelin 12-də klubun prezentasiyası olmuş və mayın 3-ü birinci seminar keçirilmişdir. Klubun məqsədi ingilis dili müəllimlərini bir araya gətirməklə, onların peşəkarlıq səviyyəsini inkişaf etdirməkdir. Sonda analoji seminarların davam etdirilməsinin zəruriliyi bildirilmişdir.