Aqronomluq fakültəsində növbəti Elmi seminar keçirilib

22 dekabr 2016-cı il aqronomluq fakültəsində növbəti Elmi seminar keçirilmişdir. Təqvim planına uyğun olaraq seminarda torpaqşünaslıq və aqrokimya kafedrasının müdüri, dosent Arif Hüseynov “Azərbaycan Respublikasının aqrar sektorunda ekoetik problemlər və onların həlli yolları” mövzusunda çıxış etmişdir. Elmi seminarda fakültənin professor-müəllim heyəti və IV kurs tələbələri iştirak etmiş, müzakirələr aparılmışdır.