Aqrobiznes və idarəetmə fakültəsində ustad dərsləri başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetinin tədris proqramına uyğun Aqrobiznes və idarəetmə fakültəsində ustad dərsləri başlayıb.

Aparıcı şirkətlərin, müəssisələrin və təşkilatların nümayəndələrinin Aqrar Universitetdə praktiki dərslər aparması artıq ənənə halını alıb. Bu da tələbənin sahib olacağı ixtisasın sirrlərinə daha mükəmməl yiyələnməsinə şərait yaradır. Müxtəlif sektorları təmsil edən müətəxəssislərin qonaq mühazirəçi qismində dəvət olunmaları, onların öz təcrübələrini tələbələrlə bölüşmələri də yüksək səmərə verir.

Fakültənin bu dəfə qonaq mühazirəçisi Kapital bankın Gəncə filialının müdiri Vüqar Paşayev olub.  İlk olaraq dekan Əlöysət Əsgərov mühazirəçini menecment ixtisasının tələbələrinə təqdim edib. Sonra  Vüqar Paşayev "İnsanların həddən artıq kredit ilə yüklənməsi və süni tələbatın artırılması" mövzusunda mühazirə söyləyib. 

Mühazirə maraqla dinlənilib və tələbələr bu sahə ilə bağlı suallarina dolğun, elmə və təcrübəyə söykənən  cavablar alıb.