“AqroBioEkoTex” şirkəti ilə müzakirələr aparılıb

Mineral gübrələrin bahalığı və onun tətbiqi zamanı mineral gübrə qalıqlarının əldə olunan məhsulda toplanması təsərrüfat sahiblərini yerli resurslardan istifadə etməklə alternativ üsullar tətbiq etməyə vadar edir. Bu alternativ üsullardan biri də kompostlardan istifadədir. Kompostlaşma prosesi təbii halda uzun müddətli (3-6 ay) proses olduğu üçün ADAU-nun Aqronomluq fakültəsinin əməkdaşları “AqroBioEkoTex”  şirkətinin prezidenti Əlibala Əlizadə və AMEA-nın Torpaqşünaslıq və aqrokimya institutunun professoru Paşa Zeynalovla birgə təcrübə qoyublar. Təcrübədə məqsəd kompostlaşma prosesini sürətləndirmək üçün “AqroBioEkoTex”  şirkətinin məhsulu olan fermentstart bakteriya məhlulundan istifadədir. Onu da qeyd edək ki, təcrübə ötən ilin oktyabrında ADAU-nun Tədris Təcrübə Təsərrüfatında qoyulub. Bu gün kompostun tərkibi analiz nəticəsində müəyyənləşdirilib və nəticələr Aqronomluq fakültəsində müzakirə edilib.