Aqrar universitetdə multikultral dəyərlər adli tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və Multikulturalizm kafedrasının əməkdaşları “Ümummilli lider Heydər Əliyev və xalqımızın Multikultural dəyərləri” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü  ilə kafedranın müdiri dosent Azad Bayramov açıb. O bildirib ki, Azərbaycanın tolerant dövlət kimi  formalaşması, multikultural dəyərlərə  böyük önəm  verməsi və bu sahədə  apardığı uğurlu siyasət dünya birliyinə bir nümunədir. Əsrlər boyu ölkəmizdə formalaşan multikultural dəyərlər, məhz  müasir Azərbaycanın banisi  ulu öndərimiz   Heydər Əliyevin  hakimiyyəti dövrində  yeni inkişaf  mərhələsinə  qədəm  qoyub və geniş  vüsət  alıb. Bu gün  bu siyasət ölkə Prezidenti   cənab  İlham Əliyev tərəfindən  çox uğurla davam etdirilir.

Kafedranın baş müəllimlərindən  A.Axundov, S.Qasımova,  müəllim S.Abdullayeva,  tələbələrdən  Aqrobiznes  və idarəetmə fakültəsinin  menecment ixtisası üzrə  III kurs tələbəsi Günay İbrahimova, Aqrar iqtisadiyyat fakültəsinin Dünya İqtisadiyyatı  ixtisası üzrə ( xüsusi istedadlar qrupu )  III kurs tələbəsi Ülviyyə Bayramova  və başqaları çıxış edərək  göstəriblər ki, məhz  Ümummilli lider Heydər Əliyevin  siyasi müdrikliyi sayəsində  bu gün Azərbaycanda yaşayan  bütün   millətlər və din  nümayəndələri  rahat şəkildə  yaşayır və öz adət- ənənələrinə  sadiqdirlər.

Tədbir iştirakçıları  BMT-nin  Sivilizasiyalar arası  Alyansın  VII  Qlobal Bakı Forumunun  əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbir   diskussiya   şəklində   aparılıb, tələbələri maraqlandıran suallara  cavab verilib.