Akademik Həsən Əliyevin irsi orta məktəb şagirdlərinə öyrədilir

2017-ci ildə Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.           

Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2017-ci il tarixll Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq  hazırlanmış tədbirlər planına əsasən Gəncə şəhərinin orta məktəblərində şagirdlərə akademik Həsən Əliyevin irsinin öyrədilməsi məqsədilə tədbirlərə start verilib. Belə tədbirlədən biri də İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbində şagirdlər üçün keçirilib. Tədbirdə ADAU-nun ekologiya və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov və kafedranın əməkdaşları akademik Həsən Əliyevin Azərbaycanda təbiətin qorunması və ətraf mühit problemlərinin həllində müstəsna xidmətlərindən danışıb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Tədbirdə həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun müəllifliyi ilə “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı kitab barədə şagirdlərə məlumat verilib.