Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri ADAU-da

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədər olaraq Ağdaş Dövlət Humanitar Kollecinin bir qrup tələbəsi və onları müşaiyət edən müəllim heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.  Kollecin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və “Cümhuriyyət tarixinə yaxından bələd olaq” adlı layihəsi çərçivəsində reallaşan səfərdə  Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökumətinin 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər  olan fəaliyyət dövrü,  burada olan eksponatlar, Cümhuriyyətin qurucuları barədə məlumat verilib. Sonra universitetin tələbə evləri, tədris korpusları, anatomiya və pataloji anatomiya muzeyləri, klinikaları və digər təsisatları ilə yaxından tanış olan müəllim və tələbələr yaradılmış şəraiti çox yüksək qiymətləndiriblər.