ADAU və ETHİ-nin “Heyvandarlıqda rüşeymin transplantasiyası texnologiyasının əhəmiyyəti” mövzusunda birgə seminarı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun (HETİ) birgə əməkdaşlığı  çərçivəsində “Heyvandarlıqda rüşeymin transplantasiyası  texnologiyasının əhəmiyyəti”  adlı birgə seminar keçirilib.  Seminarda Türkiyə Respublikasından olan Beynəlxalq ekspert veterinar Sərdar Karagül, Yeni Zelandiyadan olan baytarlıq sahəsi üzrə mütəxəssis və hazırda ADAU-da çalışan, doktor Brain Milestone, Almaniyadan olan S.E.S –in əməkdaşı süni mayalanma üzrə ekspert Karl-Heinz Brammertz, ADAU-nun dosenti a.e.f.d Suliddin Abbasov, Respublika Süni Mayalanma mərkəzinin direktoru a.e.f.d  Ramiq Abbasov, HETİ-nin elmi işlər üzrə direktor müavini dosent a.e.f.d Fizuli Mirzəyev, Kürdəmir Süd Emalı zavodunun baş baytar həkimi Respublikamızda ilk dəfə süni mayalanma aparmış mütəxəssis Rəhim Məmmədov mövzu ətrafında geniş məlumat veriblər.Ümumilikdə seminarda 70 nəfərdən çox olmaqla Gəncə, Samux, Göygöl, Tovuz, Şəmkir, Ağcabədi, Göyçay, Daşkəsən, Kürdəmirdən olan fermerlər, ərazi kənd təsərrüfatı idarələrinin əməkdaşları və ADAU-nun Baytarlıq təbabəti və zoomühəndilsik fakültəsinin tələbələri iştirak edib.

Tədbirin davamı olaraq, günün ikinci hissəsində ADAU-nun Süni mayalanma tədris mərkəzində Almaniyadan olan süni mayalanma üzrə ekspert Karl-Heinz Brammert, ADAU-nun əməkdaşıları, doktor Brain Milestone və müəllim Ramin Abbasov universitetin Baytarlıq təbabəti və zoomühəndilsik fakültəsinin tələbələri üçün praktik seminar keçib, tələbləri maraqlandıran sualları cavablandırıblar.