ADAU və "Azərişıq" ASC əməkdaşlığı uğurla davam edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə "Azərişıq" ASC arasında bağlanmış müqavilə əsasında “elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin və "Azərişıq" ASC-də fəaliyyət göstərən mütəxəssislərin bilik səviyyələrinin artırılması məqsədi ilə hər iki tərəfin təhsil və tədris bazalarından istifadə edilməsinə uyğun tədris prosesi həyata keçirilir. ADAU-nun “elektroenergetika mühəndisliyi” ixtisasının III kurs tələbələrinin "Azərişıq" ASC-nin tədris mərkəzindəki bazasındakı tədris prosesi ilə yaxından tanış olublar.