ADAU TGT "Xocalı qan yaddaşımızdır" adlı aksiya keçirib!

Bu gün Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının fəal tələbə üzvləri Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq "Xocalı qan yaddaşımızdır" adlı aksiya keçirib.
Gəncə şəhərində keçirilən aksiya çərçivəsində tələbə-gənclər şəhərin müəyyən edilmiş mərkəzi hissələrində Xocalı faciəsinə həsr olunmuş, içərisində faciə haqqında məlumatlar olan materialları özündə əks etdirən braşuraları yüzlərlə şəhər sakininə paylayıblar. 
Aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından şəhər sakinlərinə,əsasən də gənc nəsilə Xocalı faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 26 il əvvəl baş vermiş faciəni unutmamaq,unutdurmamaqdan ibarətdir.