ADAU tələbələri səpin prosesində iştirak edir

2018-ci il  martın 28-də  aqronomluq fakültəsinin  aqronomluq ixtisasının III kurs tələbələri bitkiçilik və biti mühafizəsi kafedrasının  müəllimləri ilə ADAU-nun   tədris təcrübə sahəsində dən və silos məqsədi ilə qarğıdalı bitkisinin səpinində iştirak etmişlər.  Kafedranın müəllimləri  tələbələrə qarğıdalının əhəmiyyəti və becərilmə texnologiyası ( səpin müddəti , üsulu , norması , toxumun basdırılma dərinliyi) haqqında məlumat vermiş, daha sonra tələbələrin  iştirakı ilə səpin aqreqatı nizamlanaraq səpin aparılmışdır. Səpin  materialı kimi  universitetin bir qrup professor-müəllim heyəti tərəfindən  alınan “ADAU-80” qarğıdalı sortundan istifadə olunmuşdur. Tələbələrin verdikləri sualları müəllimlər ətraflı cavablandırmış, torpağın əkinə hazırlanması , toxumun dərmanlanması , xəstəlik və zərərvericilərlə mübarizə barəsində  ətraflı fikir mübadiləsi aparılmışdır.