ADAU-nun tələbələri Macarıstana yola düşüblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Macarıstanın Dunayvaroş Universiteti ilə bağlamış olduğu Erasmus + müqaviləsi çərçivəsində universitetin 6 tələbəsi təhsillərini 1 semestrlik Macarıstan Respublikasında davam etdirməyə haqq qazanıblar. Aqrar iqtsadiyyat fakültəsinin  əyani təhsil formasının “ İqtisadiyat” ixtisası üzrə ikinci kurs tələbələri Ağayev Rüfət, Hedarov Elçin və qiyabi təhsil formasının “ İqtsadiyyat” ixtisası üzrə üçüncü kurs tələbəsi Aydınova Leyla təhsillərini yaz semestrdən başlayacaq və dərslər 2017-ci il fevral ayının 6-dan iyun ayının 30-dək davam edəcək. Qeyd edək ki, ADAU-da magistraturanın “ Siğorta işinin təşkili” ixtisaslaşması üzrə təhsil alan əyani birinci kurs tələbəsi Kərimov Mehman da hal-hazırda təhsilini Dunavaroş universitetdə uğurla davam edirməkdədir.