ADAU-nun tələbələri Gəncənin görməli yerlərinə ekskursiya edib

Aprelin 17-də Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə Aqrotexnologiya  fakültəsinin I-III kurs tələbələri Gəncənin tarixi və görməli yerləri ilə tanış olublar. 

Tələbələr Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzeyi, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi məqbərəsi və muzeyini, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyini ziyarət ediblər.Bələdçilər tərəfindən verilən məlumatlar tələbələrdə şəhərin qədim tarixi, zəngin mədəni irsi, maddi mədəniyyət inciləri, yüksək mədəniyyəti və bölgənin adət-ənənələri barədə geniş təsəvvür yaradıb. Qala Kompleksindəki dəyərli eksponantlarla  yaxından tanış olan tələbələr Gəncənin əzəmətinin və vüqarının şahidinə çevriliblər. 

Sonda tələbələr təşkil olunan ekskursiyanı yüksək qiymətləndirib, belə tədbirlərin davam etdirilməsinin maraqlı və vacib olduğunu qeyd ediblər.