ADAU-nun Tələbə Evində "Dolu" filmi nümayiş olunub!

24 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Universitetin 2 Saylı Tələbə Evində Qarabağ müharibəsi mövzusuna həsr olunan “Dolu” filmi nümayiş olunub.Nümayişdə 100-dən artıq tələbə iştirak etmişdir.Qeyd edək ki,ADAU-nun Rektoru,AMEA-nın müxbir üzvü,professor İbrahim Cəfərov nümayişdə iştirak edərək tələbələrlə birlikdə "Dolu" filmini izləmişdir.