ADAU-nun startapı ölkəmizi beynəlxalq yarışmada təmsil edəcək

SUP Akseleratorunun Azərbaycanda eksklüziv təmsilçisi olduğu, regionun ən böyük startap yarışması olan “EuroAsiaStartupAwards”a (EASA)nın ölkə qalibləri məlum olub. Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları (Fərrux Rəhimov, Günel Əsədova və Sahil Quliyev) tərəfindən yarışmaya təqdim edilən “Green Doctor” startapı “İlin ən yaxşı startapı” nominasiyası üzrə ölkə qalibi seçilib və Gürcüstan respublikasının paytaxtı Tiflisdə keçiriləcək regional yarışmaya getməyə haqq qazanıb.  

Xatırladaq ki, EASA-da startaplar və digər namizədlər üç səviyyə üzrə rəqabət aparacaqlar, milli, regional və qlobal. Regional finala yüksələn Azərbaycan, Ermənistan, Belarus, Moldova, Rusiya, Türkiyə və Ukraynanın ən yaxşı startapları qlobal final üçün yarışacaqlar. EASA-da AI və BigData-dan IoT və FinTech şirkətləri yenilikçi həllər tapmaq və yerli startap ekosistemini inkişaf etdirmək, fikirlərini doğrultmaq, biznes tərəfdaşları tapmaq və unikal şəbəkələr yaratmaq üçün yeni imkanlar təmin etmək məqsədi ilə səkkiz ölkədən minlərlə namizədlər iştirak edəcək.EASA dünyanın ən böyük startap müsabiqəsinin bir hissəsidir, dünyanın hər yerindən gələcəyin rəqəmsal dövrünün qurucularını tapmaq, tanımaq və əlaqələndirmək məqsədi daşıyan təşkilatdır. EASANordik, Cənub-Şərqi Asiya, Cənubi Afrika, Cənubi Asiya, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edir. EASA dünyanın 3 qitəsində, 7 regionda mövcud olan və dünyanın 32%-ni əhatə edən dünyanın ən böyük startap müsabiqəsi olan “GlobalStartupAwards”untərkib hissəsidir. Buna görə də, iştirak edən yerli startaplar qlobal korporasiyalar şəbəkəsinin, investorların, mütəxəssislərin, inkubatorların, akseleratorların və beynəlxalq mətbuatın imkanlarından istifadə edə bilər.

Beləliklə bitkilərdə müşahidə edilən xəstəlik və zərərvericilərin süni zəkanın köməyi ilə müəyyən edilməsini nəzərdə tutan “Green Doctor” startapı 29 noyabr tarixində Tbilisidə keçiriləcək regional yarışda ölkəmizi təmsil edəcək.