ADAU-nun rektoru İbrahim Cəfərovun tələbələrə müraciəti

     Əziz tələbələr!

  1 iyun 2017-ci il tarixindən etibarən universitetimizdə  2016/2017-ci tədris ilinin yay imtahan sessiyası başlayır. Bildiyiniz kimi, universitetimizdə tədrisin yeni məzmunda və beynəlxalq standartlara uyğun təşkili məqsədilə həyata keçirdiyimiz tədbirlərin mühüm istiqamətlərindən biri tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv formada  təşkilidir. Bu sahədə əldə etdiyimiz uğurlar Sizlərin müasir tələblərə cavab verən təhsilinə geniş imkanlar yaratmış, ADAU ailəsinin işgüzar nüfuzunun daha da artmasına səbəb olmuşdur. 

Şübhəsiz ki, əldə olunmuş uğurların qiymətləndirilməsinin ən mühüm və yekun göstəricisi Sizlərin imtahan sessiyasında göstərmiş olduğunuz nəticələrlə yanaşı  gələcəkdə ölkəmizin kənd təsərrüfatının inkişafına verəcəyiniz faydalardır.

İmtahan sessiyasında hər birinizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. İmtahan sessiyası ilə əlaqədar problem, maneə və digər neqativ hallarla  qarşılaşdığınız halda imtahan qərargahına, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmədiyi təqdirdə Sizləri şəxsən mənə müraciət etməyə dəvət edirəm.  

        Hörmətlə,

Rektor, AMEA-nın müxbir üzvü, 

  professor İbrahim Cəfərov

 İmtahan qərargahının telefon nömrəsi və elektron poçtu

 022-256-03-53

 022-256-00-56

 055-365-66-21

055-313-02-44

 office@adau.edu.az