ADAU-nun magistrantı Varşava Təbiət Elmləri Universitetində!

ADAU ilə sıx əməkdaşlıq əlaqələri olan universitetlərdən biri Polşanın Varşava Təbiət Elmləri Universitetidir.  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Polşanın Varşava Təbiət Elmləri Universiteti ilə bağlamış olduğu Erasmus + müqaviləsi çərçivəsində universitetimizin bir magistr tələbəsi təhsilini 1 semestrlik Polşa Respublikasında davam etdirmək hüququ əldə edib. Menecment ixtisasının I kurs magistr tələbəsi Məmmədov Qafar artıq Polşadadır və dərsləri iyul ayının 31-nə kimi davam edəcək. Qeyd edək ki, keçən il ADAU-nun Menecment ixtisası üzrə I kurs magistrantı İbrahimov İlkin də Erasmus+ xətti ilə Varşava Təbiət Elmləri Universitetində təhsil alıb.

2017-ci ilin may ayında isə Aqrotexnologiya fakültəsinin “Qida məhsulları mühəndisliyi və ekspertiza” kafedrasının assistenti Əliyeva Gülşən Erasmus+ çərçivəsində Varşava Təbiət Elmləri Universitetində təhsil mübadiləsi xətti ilə dərs keçmək məqsədilə Varşavaya yola düşəcəkdir.