ADAU-nun komandasi 'Ağıl oyunları' intellektual yarışmasında

Azərbaycan Dövlət Aqrar Universitetin tələbələri oxuduğu təhsil müəssisəsinə daha bir başucalığı gətirib.

8 nəfərdən ibarət komanda bu dəfə "Ağıl oyunları" intellektual yarışmasında 3-cü yerə sahib olublar. Komanda üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Azərbaycan gənclər fondunun dəstəyi və Xəzər intellektual təhsil mərkəzinin təşkilatçılığı ilə paytaxt Bakıda keçirilən yarışmada 40-dan artıq ali təhsil müəssisəsinin komandası iştirak edib. 5-ci "Ağıl oyunları" yarışmasında elmi və məntiqi suallar üstünlük təşkil edib. Gərgin mübarizə şəraitində keçən yarışmada ADAU-nun 8 nəfərlik komandası dolğun cavabları ilə fərqlənib və 3-cü yerə sahib olublar. 

Qeyd edək ki, tələbələri yarışa universitetin "İctimai elmlər və multikulturalizm kafedrası" nın müdiri Azad Bayramov hazırlaşdırıb. O, tələbələrin əldə etdiyi uğurdan razı qalıb.

http://ganjanews.az/2017/12/04/t%C9%99hsil/adau-nun-komandasi-'a%C4%9F%C4%B1l-oyunlar%C4%B1'-intellektual-yar%C4%B1%C5%9Fmas%C4%B1nda.html