ADAU-nun İKT mütəxəssisləri kibertəhlükəsizlik ilə bağlı təlimdə iştirak etmişlər.

2016-cı il avqust ayının 25-də Gəncə şəhərində “Qlobal informasiya mühitində kibertəhlükəsizlik: Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən təşkil olunmuşdur. Tədbirdə Gəncə şəhərində fəaliyyət göstərən universitetlər, kolleclər, dövlət və bank sektoru nümayəndələri iştirak etmişlər. ADAU tərəfindən tədbirdə İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin əməkdaşları, İnformasiya texnologiyaları kafedrasının müəllimləri, ADAU-nun TEMPUS ENOTES layihəsi üzvləri, ADAU-nun “SİNAM Müəssisə Resurslarının İdarə edilməsi” (SERP) avtomatlaşdırılmış sisteminin işçi qrupu üzvləri iştirak etmişlər. Tədbirdə “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov və SİNAM MMC-nin nümayəndəsi Qasım Qəndilov təqdimatlarla çıxış edərək elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiəsində mütərəqqi həll yolları barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.  Tədbirin sonunda müasir informasiya dövründə elektron informasiya resurslarının müdafiəsi ilə bağlı bir sıra müzakirələr və fikir mübadiləsi aparılmışdır.