ADAU-nun Elmi Şurasının iclasında ERASMUS+ proqramının məzunu olan tələbələr dinlənilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti iclasında ERASMUS+ proqramı çərçivəsində tələbələrTürkiyə, Rumıniya, Macarıstan, Sloveniya və Polşada  təhsillərini başa vurmuş bir qrup tələbənin məruzəsi dinlənilib. Kafedra müdirlərinin, müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclada tədris və elmi-tədqiqat prosesində, tələbə həyatında olan oxşar və fərqli cəhətlər, üstün təcrübələri yerli şəraitə uyğun formada tərtibi imkanları,  imtahan formaları, fənlərin seçilməsi, kreditlərin transferi, tədris planlarının uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Elmi Şuranın qərarı  ilə beynəlxalq mübadilə proqramlarda iştirak edən və fənn fərqləri ilə əlaqədar yaranmış akademik bocrlara görə ödənişə güzəştlər olunması barədə qərar qəbul olunub.