ADAU-nun bir qrup əməkdaşı Şəkidə olub

Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetin bir qrup əməkdaşı Şəki şəhərində olub. Professor-müəlllim heyyəti ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Şəkinin mərkəzi meydanda ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül çələngi qoyublar. 
Universitet əməkdaşlarının Şəki şəhər ziyalıları ilə görüşü 10 saylı orta məktəbin akt zalında baş tutub. Görüşdə həmçinin məktəblilər və abituriyentlər də iştirak edibilər.
Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik şərəfli tarixindən, Şərqdə ilk demokratik dövlətin parlamentinin məhz Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında fəaliyyət göstərməyindən, yeni yaradılan demokratik dövlətin mərkəzi Gəncə şəhəri olmasından Şəki şəhər ziyalılarına ətraflı məlumat verilib. Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müəllimləri AXC-nin 23 ay yaşamasına baxmayaraq keçdiyi şanlı tarixidən danışıblar, 1918-ci ildə qəbul edilən hüquqi normativ aktları və qanunları təhlil ediblər. Eyni zamanda ölkəmizdə aqrar sahədə yeganə ali təhsilli kadr hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi, tədris korpusları, maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri, tədris-istehsalat təcrübələri və universitetin ən müasir üslubda tikilib tələbələrin istifadəsinə verilən və açılışında ölkə başçısı İlham Əliyevin iştirak etdiyi 2 tələbə evi barədə çıxışlar edilib. Sonra Aqrar Universitetin fəaliyyətini və tələbə həyatını əks etdirən film nümayiş olunub. 
Şəki şəhər 10 saylı tam orta məktəbin 2-ci sinif sagirdlərinin Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyine həsr olunan ədəbi-bədii kompozisiyası dinlənilib. 
Şəki şəhərində olarkən professor-müəllim heyyəti Tarix-Diyarşunaslıq muzeyi, Xan Sarayı və digər görməli mədəni obyektləri ilə tanış olublar.