Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsində müstəqillik günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Müstəqillik gününə həsr olunan tədbir keçirilib. Tədbir dövlət himni ilə başlayıb.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, fakültənin dekanı dosent Məhərrəm İsmayılov "Müstəqilliyimiz, varlığımız, gələcəyimiz, xaqımızın əbədi yaşayış tərzidir" mövzusunda çxış edib. Birinci kurs "Su bioehtiyatları və akvabitkilər "ixtisasının tələbəsi Şamil Səfərov və "Ekologiya" ixtisasının tələbəsi Cavidan Ağazadə isə müstəqilliyin bəxş elədiyi xoş gələcəkdən danışıblar. Bildiriblər ki, müstəqilliyimizin memarı Ümummilli lider Heydər Əliyevdir və bu dahinin xalqımızın qarşısında xidmətləri böyükdür. Ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət isə müstəqillin ədədi olacağını təmin edir.

Tələbələrdən A. Novruzova, N. Əslibəyova , Z. Balakişiyeva , N. Verdiyeva D. Hüseynova, F. Bayramova, E. Aslanova, T. Bağırova və H. Cəfərov  müstəqiliyiə həsr edilən şerlərdən ibarət kompazisiyalar təqdim ediblər.

Sonra fakültənin ixtisasları üzrə təşkil edilən komandalar arasında müstəqillik gününə aid  intelektual yarış başlayıb. Yeddi komanda arasında keçirilən yarışda aqronomluq ixtisasının azərbaycan bölməsinin "Aqronomlar" komandası 1-ci yerə, aqronomluq ixtisasının rus bölməsinin "Vətənpərvərlər " komandası 2-ci yerə , torpaqşünaslıq və aqrokimya ixtisasının "Kaspian" komandası 3-cü yerə layiq görülüb.

Tədbirin sonunda qaliblər fəxri fərmanlarla təltif ediliblər.