ADAU-nun 15 yaşlı tələbəsi

2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə  qəbul olan tələbələrdən biri İsayev Elcan Sabir oğludur. O, 5 dekabr 2002-ci il tarixində Tovuz rayonunun Həsənli kəndində anadan olub. Hazırda rayonun Dondar Quşçu kəndində yaşayır. ADAU-nun “meşəçilik” ixtisasını seçən E.İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyini əminliklə bildirir.

ADAU-da “meşəçilik” ixtisası yalnız dövlət sifarişli ixtisaslardan biridir. Qeyd edək ki, 2017/2018-ci tədris ilində respublikada ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.