"ADAU-nu tanıdaq" layihəsi uğurla davam edir

Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılması üçün Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti böyükdür.

Bu məqsədlə  Gəncə şəhəri və ətraf rayonlarının 11-ci sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında universitetə ekskursiyalarının təşkili davam edir. Şagirdlər universitetin yeni tələbə evləri, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanalar, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxana, idman zalları və digər obyektləri ilə yaxından tanış olurlar. Bu da Gəncə və ətraf rayonların məktəblərinin buraxılış siniflərində oxuyan şagirdləri ilə universitet arasında tanıtım münasibətlərini daha  yüksək səviyyəyə çatdırır. Ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin parallel aparılması haqqında zəngin təəssürat yaradır,  orta məktəb və universitet arasında əməkdaşlığı genişləndirir. Daha bir neçə məktəbin şagirdləri bu günlərdə peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında olub, universitet haqqında geniş məlumat əldə ediblər. Onlara Universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat haqqında ətraflı məlumatlar verilib. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.

Bu ekskursiyalar vasitəsilə orta təhsilin son pilləsində olan şagird həm də ixtisas seçimində müəyyənlik əldə edir, gələcəkdə hansı təhsil müəssisənin tələbəsi olmaq qənaətini yaradır.