ADAU Gəncədə keçirilən “IV Beynəlxalq Şərab Festivalı”nda

18 dekabr tarixində Gəncə şəhərində  IV Beynəlxalq  Şərab Festivalı öz işinə start verib. Dekabrın 19-da Festivalda “şərabların dequstasiyası” , “kulinariya şousu” , “Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası” nümayiş olunur. Festivala Azərbaycan Dövlət Aqrar Universiteti də qatılaraq şirniyyat pavilyonunda müxtəlif növ paxlava, şəkərbura, şərab simvollu tortlar, şərbət, milli ornamentli bəzək dəstləri nümayiş etdirir. Bundan başqa, qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası 20 çeşiddə qida məhsulları və 15 çeşiddə şərab növləri, dizayn kafedrasının tələbələrinin 40-a yaxın rəsm əsərləri sərgilənir.