ADAU-da xarici mütəxəssislərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşları b.ü.f.d., dosent İlhamə Kərimova, b.ü.e.d. Natalya Sneqovaya və Çexiya, Slovakiya, Macarıstan, Gürcüstan və Polşanın tədqiqatçıları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim və tələbə heyəti ilə görüşüblər.

Tədbiri giriş sözüylə açan, ADAU-nun elmi işlər üzrə prorektoru Ramin Məmmədov, universitet əməkdaşlarının biomüxtəliflik mövzusunda layihələrini təqdim edərək, “Qafqazın biomüxtəlifliyinin öyrənilməsi və insanın rifahı naminə qorunması üzrə Vişeqrad 4 və Şərq ölkələri əməkdaşlığı” layihəsinin də ölkəmizdə vacibliyini vurğulayıb. Bildirib ki, layihə çərçivəsində ölkəmizə gələn mütəxəssislər iki il ərzində Azərbaycan təbiətinə məxsus həşərat aləmini tədqiq edib, daha az öyrənilmiş növlər haqqında məlumat verəcəklər.

Sonda layihə iştirakçıları və universitet əməkdaşları arasında gəlkəcək planlar müzakirə olunub, suallar cavablandırılıb.