ADAU-da startap ekosisteminin inkişafı üzrə təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) startap ekosisteminin inkişafına mentor dəstəyinin verilməsi məqsədi ilə, Bakı Mühəndislik Universitetinin əməkdaşı dosent İsa Qasımov tərəfindən  universitetin Tələbə evinin akt zalında  startap layihələri hazırlayan tələbələrə təlim keçirilmişdir. Təlimdə 40-a yaxın startap komandası layihəsi müzakirə olunmuş, layihələrin daha da təkmilləşdirilməsi məqsədilə tələbələrə müvafiq tövsiyələr verilmişdir.

Qeyd edək ki, ADAU-da tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Bu imkanlardan səmərəli istifadə etmək, tələbələrin startap ideyalarını dəstəkləmək və elmə olan marağını stimullaşdırılmaq məqsədilə  universitetdə startap layihələrinin müsabiqəsi elan olunmuşdur.