ADAU-da sənəd qəbulu başlayıb

Bu gündən 2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.  

Ali təhsil ocağına yeni tədris ili üçün ilk qeydiyyatdan keçən Universitetin Aqrobiznes və idarə etmə fakültəsinə daxil olan Əliyev Orxan Paşa oğlunu Tədris işləri üzrə prorektor Anar Hətəmov təbrik edərək, uğurlar arzulayıb.

Qeyd edək ki, abituriyentlər avqustun 27-dək müvafiq sənədləri universitetin baş binasında yerləşən Qeydiyyat şöbəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.