ADAU-da seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ÜTT-ə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndələri və xarici ekspertlərin də iştirakı ilə seminar keçirilib.

Seminarı giriş sözüylə açıq elan edən Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov qonaqlara və iştirakçılara uğurlar arzu edib. Daha sonra Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Proqram Meneceri Rainer Freund, “Ekvita” şirkətinin idarəedici partnyoru İlqar Mehti çıxış edərək Ümumdünya Ticarət Təşkilatında kənd təsərrüfatı ilə bağlı məsələlərdən söz açıblar.

Sonra Aparıcı Beynəlxalq Ekspert, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Cenevrədəki əlaqələndirici ofisinin keçmiş rəhbəri Panos Konandreas çıxış edərək, Kənd Təsərrüfatı üzrə ÜTT Sazişi və ÜTT-nin kənd təsərrüfatı islahatları üzrə danışıqlarında əsas məsələlər və Azərbaycan üçün mümkün təsirləri barədə danışıb, iştirakçıların suallarını cavablandırıb.

Nahar fasiləsinin ardınca “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialının gücləndirilməsi” layihəsi üzrə əsas eksperti İlkin Əliyev wto.az veb saytının təqdimatını keçirib.

Sonda iştirakçıların sualları cavablandırılıb.