ADAU-da növbəti APTİS testi keçirildi.

15-21 may 2017-ci il tarixlərində Azərbaycan Dövlət Aqrar Universiteti və British Council-Böyük Britaniya və Şimali İrlandiya Krallığının beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə  ADAU-nun müəllim-tələbə və texniki personalının ingilis dil qabiliyyətinin təkmilləşdirilməsi məqsədi ilə növbəti ingilis dili üzrə onlayn APTİS testi keçirilmişdir.

İlk test prosesi ADAU-da ingilis dili müəllimləri üçün 24.11.2016-ci tarixdə keçirilmişdir.

Test prosesi ADAU-nun ECDL təlim və test mərkəzində təşkil edilmişdir. Test prosesinin keçirilməsində ADAU-nun İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi və Dillər kafedrası yaxından iştirak etmişdir. İngilis dili üzrə APTİS testi onlayn formada ECDL təlim və test mərkəzinin koordinatoru Etibar Verdiyev, təlimçiləri Əli Qəhrəmanov, Mehdi Hüseynov və Urfan Tağıyev tərəfindən götürülmüşdür.

Test iştirakçılarının ingilis dili üzrə qrammatika və söz ehtiyatı, dinləmə, oxu, danışıq və yazı bacarıqları yoxlanılmışdır. Testi həll etmək üçün ümumilikdə hər iştirakçıya 200 dəqiqə vaxt verilmişdir.  APTİS test prosesində 130 nəfər iştirak etmişdir. Əlavə olaraq test prosesində Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin 1 qrup tələbəsidə iştirak etmişdir.