ADAU-da Könüllülərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci il könüllülər ili elan olunması ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) könüllülərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bu gün gənclər siyasətini uğurla davam etməsindən, gənclərə göstərilən diqqətdən söz açıb. Daha sonra Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Kamran Əliyev tələbələrə könüllülərin iş fəaliyyətləri haqqında məlumat verib. Tələbələrə könüllülüyün faydaları haqqında çıxış edən Universitetin Daxili Nəzarət Şöbəsinin müdiri Namiq Cəfərov görüləcək işlər haqqında tələbələri məlumatlandırıb.

Daha sonra tələbələrin sualları cavablandırıb.