ADAU-da Erasmus+ Proqramının təqdimatı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Erasmus + Proqramının təqdimatı keçirilib.

Çıxış edən universitetin tədris işləri üzrə prorektoru dosent Anar Hətəmov universitetin xarici əlaqələri haqda məlumat verərək bildirib ki, bu layihə təhsil imkanlarının artırılmasını, təhsilə cəlb olunmanı və iştirak edən təşkilatları beynəlxalq aləmdə dəstəkləyir.

Daha sonra çıxış edən Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, Erasmus+ layihəsi 2014-2020-ci illərdə təhsil, təlim, gənclər və idman sahələrində tədbirlər və böyük qrantlar təşkil edən Avropa Birliyi Proqramıdır. Erasmus+ layihəsi çərçivəsində bütün tələbələrə, doktorantlara və işçi heyətlərinə böyük imkanlar, təhsil  sahəsində əməkdaşlıq proqramları təklif olunur.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.