ADAU-da bayram sovqatı paylanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) rəhbərliyinin təşəbbüsü, universitetin Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi və təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə universitetin bir sıra imkansız əməkdaşlarına bayram sovqatı paylanıb. 
Bayram sovqatına universitetin tədris təcrübə təsərrüfatından süd, yumurta, istixana kompleksindən pomidor, badımcan, bibər və s. qoyulub. Bundan başqa gündəlik ərzaq məhsulları da bayram sovqatına əlavə edilib. 
Xatırladaq ki, Koronavirus (COVİD-19) pandemiyasının yayıldığı və karantin elan edilən gündən etibarən Universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi ehtiyacı olan 230-dan çox əməkdaşına mütəmadi olaraq ərzaq yardımı, eləcədə maddi köməklik göstərərək, xalqımızın mərhəmət, imkansızlara əl tutmaq kimi milli adətlərimizi daim yaşatmışdır.