ADAU ailəsinin növbəti qələbəsi

Qafqazın ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi 2016/2017-ci tədris ilinin ən yaxşı rektorunu müəyyən edib. Səhifənin rəhbəri Zöhrab Süleymanın verdiyi məlumata görə,  Sosial tələbə sorğusu bu dəfə 2 səsvermə əsasında müəyyən edilib. 85.000 istifadəçinin görülməsi olduğu səsvermədə səslərin 41%-ni Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov toplayıb. İbrahim Cəfərova 2-ci səsvermədə digər universitet tələbələri də böyük dəstək verib. 

Əslində bu belə də olmalıydı. İllərin gərgin zəhməti təkrar bəhrəsini verib və inam var ki, bu cür qürur yüklü qələbələr  davamlı olacaq.

Rektor İbrahim Cəfərov bütün varlığı ilə tələbələrinə, başçılıq etdiyi universitetə bağlı ziyalı, ən ləyaqətli müəllim, rəhbərdir. Bu belə olmasaydı ikinci dəfə tələbələrin səs çoxluğu ilə sosial yarışmanın qalibi ola bilməzdi. Az öncə deyildiyi kimi hətta başqa universitetlərin tələbələri belə onu dəstəkləməzdi.  İndi tələbə yalnız ədalətə, qayğıya və diqqətə möhtacdır. Bunlar ADAU -da tam mənası ilə ödənir.  Tələbə reallıqla yalanı həmən anlayır və yalana etirazını bildirməkdən çəkinmir. Onların qəlbini oxşayıb, hər cür təhsil şəraiti yardığı üçün də İbrahim müəllim həmişə sevilib. Bir neçə faktı nəzərə çatdıraq. Tələbə istənilən vaxt, yəni, qəbul günü və saatı nəzərə alınmadan rektora arzusunu, təklif və problemini söyləyib onu müzakirə edə bilir. Problemə yerindəcə reaksiya isə tələbəni daha inamlı edir. Hətta tələbənin rektorun telefonuna etdiyi zəng də cavabsız qalmır. Digər tərəfdən isə rektor daim tələbə arasında olur, Yeni istifadəyə verilən tələbə evində, fakültələrdə tez-tez tələbələrlə görüşən İbrahim Cəfərov həm də onların ən yaxın dostuna, sirdaşına çevrilib.

Cənab Prezident İlham Əliyevin aqrar təhsilə qayğısının nəticəsi və  İbrahim Cəfərovun müsəlləh əsgər kimi verilən tapşırıqları vicdanla yerinə yetirməsi  bu gün də keçirilən sosial yarışmada təsdiqini tapıb. İndi ADAU-da keçirilən islahatlar bu təhsil müəssisəsinin nüfuzunu daha da artırıb. Yaradılan istixanalar, quşçuluq, balıqçılıq, arıçılıq, bildirçin yetişdirmə tədris mərkəzləri təkcə tələbənin təcrübə məkanları deyil, həm də bütün şəraitə malik tədqiqat yerləridir. Bu şəraitdə təhsil alan tələbə təbii ki, dövlətin etibarını doğrulda bilir, mükəmməl bir kadr kimi yetişir.

Qeyd edək ki, hər tədris ilinin sonu və hər ilin axırı tədris ilinin və ilin rektorları müəyyənləşir.