ADAU 1-ci Beynəlxalq Yay Məktəbinin Göygöl səfəri

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Göygöl Milli Parkında olublar. Parkın elmi işçisi Fuad Quliyev Parkın yaranma tarixi, flora və faunası barədə qonaqlara geniş məlumat verib.  Səfər çərçivəsində məktəbin iştirakçıları  Çaykənd Qızılbalıqartırma Zavodu ilə də tanış olublar. Növbəti səfər isə “Arıçılığın inkişafına dəstək layihəsi"nin rəhbəri Asif Nəsibovun dəstəyi ilə arıçılıq təsərrüfatlarına olub. A. Nəsibov həyata keçirilən layihənin mahiyyəti, məqsədi, hədəfləri, davamlılığı, layihədən faydalananların sayı, nəticələri barədə məlumat verib.