ADAU 1-ci Beynəlxalq Yay Məktəbində növbəti mühazirə: Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı

ADAU 1-ci Beynəlxalq Yay Məktəbində xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, ölkəmizin təbii-iqlim şəraiti, iqtisadiyyatı barədə daha ətraflı məlumat vermək üçün universitetin elmi işlər üzrə prorektoru, dosent Vüqar Bəşirov ingilis dilində təqdimatla çıxış edib. Dövlət Himninin səslənməsi ilə başlayan təqdimatda Ermənistanın ölkəmizə təcavüzünün sosial-iqtisadi nəticələri barədə də məlumat verilib. Ölkədə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər tədqimatda yer alıb.