24 ildir Şuşa işğal altındadır

Azərbaycan Dövlət Aqrar Universitetinin “İctimai elmlər və Multikulturalizm” kafedrası Şuşanın işğalının 24- cü ildönümü ilə bağlı dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Azad Bayramov açıb və  qeyd edib  ki, mənfur ermənilər  öz havadarlarının köməyindən istifadə edərək  Azərbaycanın ən  dilbər  guşələrindən biri olan  Şuşanı işğal etməklə orada olan maddi-mədəniyyət  abidələrimizi, xalqımızın milli-mənəvi dəyərlərini də darmadağın edb,  ağır faciələrə yol açıb. Şuşanın işğal tarixini bir daha yada salmaqda məqsəd tarixi unutmamaq və bundan ibrət dərsi götürməkdir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik olan şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı ilə başa çatdırılıb.

Baş müəllim A. Axundov, S.Qasımova, müəllim S. Abdullayeva və E. Aslanov isə Şuşanın işğalı nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, erməni vandalizmindən, dəyən maddi- mənəvi ziyanlardan danışıb. Qeyd ediblər ki,  bu gün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən  güclü  Azərbaycan dövləti var. Aprel ayının əvvələrində  Azərbaycanın Milli Ordusunun   öz hərbi qüdrətini  nümayiş etdirməsi, Azərbaycan ordusunun  düşmənə layiqli cavab  verməsi və əhali  arasında milli ruhun  yüksəlməsi onu göstərdi ki,  tezliklə işğalda olan torpaqlarımız  düşmənlərdən azad  olunacaq.