Mevlana Mübadilə Proqramı

Mevlana Mübadilə Proqramı

Mevlana Mübadilə Proqramının məqsədi Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.

Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr xaricdə 1 və yaxud 2 semestr təhsil ala, akademik heyət isə xaricdə minimum 1 həftədan 3 aya qədər tədris prosesində iştirak etməklə proqramdan faydalana bilərlər.

Müvafiq olaraq, hər hansı bir ölkənin tələbə və akademik heyəti təhsil almaq və ya tədris prosesində iştirak etmək üçün Türkiyə “Yüksək Öğretim Kurulu” tərəfindən təşkil olunan bu proqramdan faydalana bilərlər.

Mevlana Mübadilə ProqramıMevlana Mübadilə Proqramı

Mevlana Mübadilə Proqramından kimlər faydalana bilər?
Türkiyədə (ali təhsil müəssisələri arasında qarşılıqlı Mevlana Mübadilə Protokolu imzalanması şərti ilə) ali təhsil müəssisələrinin rəsmi təhsil proqramlarında qeydiyyatdan keçmiş tələbələr, qarşılıqlı Mevlana Mübadilə Protokolunu imzalayan yerli və ya xarici təhsil müəssisələrində çalışan bütün akademik heyət Mevlana Mübadilə Proqramından faydalana bilərlər.

Mevlana Mübadilə Proqramına dair ərizə üçün tələblər:

• Tələbələr ali təhsil proqramının bakalavr, magistr və yaxud doktorantura pilləsində təhsil almalıdırlar;
• Bakalavr pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5 olmalıdır;
• Aspirantların (Magistr, Doktorant) dördballıq GPA üzrə orta balı ən azı 3.00 olmalıdır;
• 50% dil üzrə bal + 50% GPA;

Proqram, tələbələrə 750 türk lirəsi məbləğində təqaüd təklif edir və təqaüdün 70%-i aylıq ödənilir. Yerdə qalan 30 %-i isə tələbənin dərslərdə göstərdiyi müvəffəqiyyətə əsasən ödənilir. Proqram yol və viza xərclərini ödəmir. O cümlədən, bəzi universitetlər ingilis dili biliyi və onlayn müraciət edilməsini tələb edir.

Mevlana Mübadilə Proqramı
Sosial şəbəkələrdə paylaş: