İyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyə

İyun ayında dağlıq və dağətəyi rayonların üzüm bağlarında çiçəkləmədən qabaq yaşıl zoğların uclarının qoparılması və bağlanması əməliyyatları həyata keçirilir. Əlavə tozlandırma davam etdirilir. Cərgələrarası və cərgələrdə torpaq yumşaldılır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva məlumat verib.

O, iyun ayında xüsusilə zərərvericilərə qarşı diqqətli olmağın və davamlı kompleks tədbirlərin vacibliyini vurğulayıb. “Üzüm tırtılları və tor gənəciyinə qarşı mübarizə iyun ayında da davam etdirilir. Gənəciyin zəhərli kimyəvi maddələrə tez uyğunlaşmasını nəzərə alaraq, tətbiq olunan preparatlar növbə ilə işlədilməlidir. Birinci çiləmə zamanı məhv edilmiş yumurtalardan çıxan cavan gənəciklərin zərərsizləşdirilməsi, müalicənin səmərəli alınması üçün bu tədbirdən 8-10 gün sonra ikinci və bundan 2-3 həftə sonra üçüncü çiləmə aparılmalıdır,” - deyə mütəxəssis fermerlərə tövsiyə edib.

Sevil Abduləliyeva onu da deyib ki, iyunun ikinci yarısından, yəni çiçəkləmədən sonra çubuqlar biclərdən təmizlənməli, yaşıl zoğların ikinci dəfə bağlanması aparılmalıdır. Cavan tənəklərə forma vermək üçün onların dibinə payacıqlar basdırmaq və torpağın yumşaldılması işlərini həyata keçirmək də vacibdir.

Qeyd edək ki, bu ayda tingliklərdə yemləmə işləri də görülür. Tinglərin yaşıl zoğlarına “bordo” mayesi çilənir, eyni zamanda, mikroelementlərlə kökdənkənar yemləmə verilir.

İyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyəİyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyəİyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyəİyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyəİyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyəİyun ayında üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyə