Türkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Qeyd olunan proqram üzrə Ege Universitetindən bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün Aqrar Universitetə gəlib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdə müəllimləri universitetin xarici əlaqələri, ikili diplom proqramları və müasir maddi-texniki bazası barədə məlumatlandırıb. Bildirilib ki, qarşılıqlı şəkildə aparılan kadr hazırlığı gələcəkdə ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcəkdir.

Sonra mütəxəssislər ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qonaqlar həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Türkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıbTürkiyənin Ege Universitetinin əməkdaşları ADAU-da tədrisə başlayıb