Tələbə məmnunluq sorğusu

Əziz tələbələr!

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektorluğu universitetdə idarəetmənin, pandemiya şəraitində onlayn tədrisin, imtahan sessiyasının təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə tələbələr arasında onlayn formada növbəti anonim “Tələbə məmnunluq sorğusu” keçirir.

Dünyanın aparıcı ali təhsil müəssisələrində geniş yayılmış “Tələbə məmnunluq sorğusu” təcrübəsi təhsilin idarə edilməsi prosesində tələblərin rəy və təkliflərinin maksimum dərəcədə nəzərə alınmasında, idarəetmə qərarlarının səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqla yanaşı ali təhsil müəssisəsinin akkreditasiyası və beynəlxalq akkreditasiyasında qəbul edilən əsas meyarlardan biridir.

Aparılan sorğuda iştirakınızla tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili, bütövlükdə Sizlərin universitetdən məmnunluğunuzun artırılması məqsədilə vacib qərarların qəbul edilməsində bizə yaxından köməklik göstərmiş olarsınız.
Sizi bu soğruda iştirak etməyə dəvət edirik.

Son tarix: 30 iyul 2021-ci il

Sorğuda iştirak etmək üçün: https://forms.gle/fPApz51R3uPHSx3h6