Respublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində ölkənin ayrı - ayrı rayonlarında çalışan 50-dən artıq baytar həkiminə ödənişsiz təlim dərslərinin keçirilməsinə başlanıb.

Universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrində keçiriləcək təlimlər baytarlıq istiqaməti üzrə müxtəlif mövzuları əhatə edərək əsasən praktiki dərslərdən ibarət olacaq.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, təlimlər baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, ADAU-nun Baytarlıq klinikası, Tədris-təcrübə təsərrüfatı, Müasir Heyvandarlıq kompleksləri, Quşçuluq tədris mərkəzi, Açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, Süni mayalanma tədris mərkəzi və s. baytarlıq sahəsi üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.

Qeyd edək ki, təkmilləşdirmə kursu ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Respublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıbRespublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıbRespublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıbRespublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıbRespublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıbRespublikanın ayrı - ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıb