Özbəkistan səfiri Aqrar Universitetdə olub

Özbəkistan Republikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Gəncəyə səfər edib.

Diplomat ölkəsində kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayırdığını bildirərək, Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə də yaxından tanış olub.

Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramları, Biotexnologiya mərkəzi, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı barədə səfiri ətraflı məlumatlandırıb.

Səfir ADAU barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərinin yerinə yetirmək üçün burada böyük imkanların olduğunu qeyd edib.

Görüşdən sonra qonaq Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib. Muzeydə yerləşən eksponatlar və binanın tarixi haqqında qonağa ətraflı məlumat verilib.

Özbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olubÖzbəkistan səfiri Aqrar Universitetdə olub