Məhəmməd Babadoost Aqrar Universitetdə tələbələrə mühazirə oxuyub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçılar üçün növbəti mühazirə təşkil olunub.

Proqram çərçivəsində mühazirə ABŞ-ın İllinoys Universitetinin professoru Məhəmməd Babadoost tərəfindən söylənib. O, “Bitki mühafizəsi sabahın kənd təsərrüfatının aktual problemlərindən biri kimi” mövzusu ilə çıxış edib.

Bildirib ki, bu gün beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məhəmməd Babadoost Aqrar Universitetdə tələbələrə mühazirə oxuyubMəhəmməd Babadoost Aqrar Universitetdə tələbələrə mühazirə oxuyubMəhəmməd Babadoost Aqrar Universitetdə tələbələrə mühazirə oxuyub