Kəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Kəhriz” Tədqiqat və İnformasiya Mərkəzində Kəhriz mühəndislik kursunu bitirən 40 tələbəyə sertifikatlar təqdim olunub.

Tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirak ediblər.

Meliorasiya və hidrotexniki qurğular kafedrasının müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri keçirilən kurslarda bu sahədə yeni texnalogiyaların tətbiqi və kəhriz mühəndisliyi ixtisası ilə bağlı praktiki biliklər qazanıblar.

Kurslar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində həyata keçirilib.

BMqT-nin Azərbaycan nümayəndəliyi və ADAU arasında mövcud əməkdaşlıq çərçivəsində, həmçinin universitetdə kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması üçün ixtisaslaşmış “Kəhriz” Tədqiqat və İnformasiya Mərkəzi açılıb.

Kəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilibKəhriz mühəndislik kursunu başa vuran tələbələrə sertifikatlar verilib