Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunub

“Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunub.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev tələbələrə bildirib ki, institutun genetik mərkəz kimi fəaliyyət göstərməsinə nail olmaq, genofondun qorunub saxlanması üçün xüsusi bərpa proqramlarının hazırlanması, heyvan yemlərinin hazırlanması və yemləndirilməsi texnologiyasının təkmilləşdirilməsi, müasir tələblərə uyğun yüksəkməhsuldar heyvan, quş, arı və ipəkqurdu cinslərinin yaradılması nəticəsində fermerləri damazlıq materialla təmin etmək, heyvandarlıq və quşçuluq təsərrüfatlarında konsaltinq xidmətinin təşkil edilməsi və s. qarşıda duran əsas hədəfləridir.

Tələbələr institutda fəaliyyət göstərən laboratoriyalar və heyvandarlıq kompleksi ilə tanış olublar.

Sonra proqram çərçivəsində gənclərin Göygöl Milli Parkına səfəri baş tutub. Burada onlar təbiətin ecazkar gözəlliyindən həzz almaqla yanaşı gölün ətrafını gəzib, xatirə şəkilləri çəkdiriblər.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunubHeyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Göygöl Milli Parkına ekskursiya təşkil olunub