Aqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilib

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində Türkiyədən olan və bu təhsil müəssisəsində təhsil alan tələbələrlə görüşüb.

Görüşdə iştirak edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonağa ADAU-nun Türkiyə universitetləri ilə sıx əməkdaşlıq etdiyini və Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramının uğurla həyata keçirildiyi barədə məlumat verib.

Zeki Öztürk burada təhsil alan türk tələbələrin vəziyyəti ilə maraqlanaraq onlara öz tövsiyyələrini verib. Bildirilib ki, qarşılıqlı tələbə mübadilələri hər iki dövlət arasında təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

Tələbələr universitet rəhbərliyinin onlara qayğı göstərdiyini və daim diqqət mərkəzində olduqlarını bildiriblər.

Aqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilibAqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilibAqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilibAqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilibAqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilibAqrar Universitetdə Türkiyədən olan tələbələrlə görüş keçirilib