Aqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin təbliği məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Gəncə regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Orxan Xıdırov, Gəncə regional miqrasiya idarəsinin inspektoru, I dərəcəli miqrasiya xidməti qulluqçusu Xanlar Əsgərov, Gəncə regional miqrasiya idarəsinin bölmə rəisi, kiçik miqrasiya xidməti müşaviri Vüsal Xəlilov, ali təhsil müəssisəsinin əcnəbi tələbələri və müəllimlər iştirak ediblər.

Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər - olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, ölkənin miqrasiya qanunvericiliyinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikamızda olarkən, qanunda və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Əcnəbilərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yaradılıb.

Həmçinin, miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi, getməsi və ölkədə müvəqqəti olması, eləcə də olduğu yer üzrə qeydiyyat prosedurlarından bəhs edilib.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Aqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilibAqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilibAqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilibAqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilibAqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilibAqrar Universitetdə miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib