Aqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilib

26 oktyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində AMAL səfirləri, gənc fermerlər və tələbələrin iştirakı ilə təlimlər keçirilib.

Tədbirin açılında Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov iştirakçıları salamlayaraq, bu cür təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa və Mərkəzi Asiya Regional Bürosunun Beynəlxalq Kənd İnkişafı mütəxəssisi Anetta Szilagyi təlim iştirakçılarını BMT-nin “Ailə Təsərrüfatı Onilliyi” Qlobal Fəaliyyət Planı (UNDFF 2019-2028) ilə tanış edib.

FAO AMAL Layihəsinin Beynəlxalq Texniki koordinatoru Dario Caccamisi isə fermer qruplarının yaradılması, fəaliyyəti və strategiyaları üzrə təqdimat keçirib.

Təlimdə ailə-fermer təsərrüfatını dəstəkləmək üçün mövcud şərtləri nəzərə alan Milli Fəaliyyət Planlarının hazırlanması barədə məlumat verilib. Eləcə də, gənc fermerlərin üzləşdiyi çətinliklərin həllində, onların aqrar sahədə məşğulluğunun dəstəklənməsi istiqamətində kollektiv fəaliyyətin - kooperativlərin, rəsmi və qeyri-rəsmi assosiasiyaların, birliklərin və istehsalçı təşkilatlarının rolu barədə iştirakçılar təlimatlandırılıb.

Aqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilibAqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilibAqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilibAqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilibAqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilibAqrar Universitetdə AMAL səfirləri, gənc fermerlər və tələbələr üçün təlimlər təşkil edilib